Yuxarı
    Bağlamaq

    DİN jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə xəbərlərə münasibət bildirib

    Nazirlik: Hal şahidlərinin iştirakı ilə üzərlərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) jurnalist Günel Mövludun qardaşlarının saxlanılması barədə yayılan məlumatları təsdiqləyib. 

    DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"a açıqlamasında deyib ki, dünən - oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: "Hal şahidlərinin iştirakı ilə üzərlərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi