DİN dəhşətli qəza ilə bağlı məlumat yayıb

Hadisə
  • 28 yanvar, 2020
  • 08:13
DİN dəhşətli qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. 

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.