Yuxarı

DİN: Azərbaycanın İnterpol xəttilə axtarışa verdiyi 51 şəxsin yeri müəyyən olunub

İnterpola üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyənləşib

Bakı. 8 iyul. REPORT.AZ/ "İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub".

"Report"un xəbərinə görə, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov nazirliyin geniş kollegiya iclasında məruzəsində deyib.

O bildirib ki, ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.

Nazir müavininin sözlərin görə, cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi