Dərslik və dərs vəsaitləri üzərində reklam yerləşdirmək qadağan edilir

Dərslik və dərs vəsaitləri üzərində reklam yerləşdirmək qadağan edilir Eyni zamanda teatr tamaşasının gedişində və filmlərin nümayişi zamanı reklamın yayımlanmasına icazə verilməyəcək
Hadisə
2 Fevral , 2015 18:12
Dərslik və dərs vəsaitləri üzərində reklam yerləşdirmək qadağan edilir

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilməsi qadağan edilir. 

"Report" xəbər verir ki, mövcud qadağa "Reklam haqqında" qanuna edilməsi nəzərdə tutulan dəyişiklik layihəsində yer alıb. 

Yeni layihəyə əsasən, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və filmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Bundan əlavə, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə də reklamın yerləşdirilməsi qadağandır.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi