Yuxarı

​Deputatın həbsdə olan keçmiş müavininin apellyasiya şikayətinə baxılacaq

Məhkəmənin ilkin baxış iclası noyabrın 20-nə təyin edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Adil Yavuz Ferin barələrində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.

“Report”un xəbərinə görə, məhkəmənin ilkin baxış iclası noyabrın 20-nə təyin edilib.

Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-cı ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub, Milli Dirçəliş Hərəkatı Partiyasının (sədri deputat Fərəc Quliyevdir) sədr müavini və Güney Azərbaycan departamentinin sədri olub.

Bu il sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi