"Dəmirbank"ın sabiq filial rəhbəri məhkəmədə dindirilib

"Dəmirbank"ın sabiq filial rəhbəri məhkəmədə dindirilib Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dəmirbank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
20 Fevral , 2018 12:16
Dəmirbankın sabiq filial rəhbəri məhkəmədə dindirilib
Report

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə "Dəmirbank" ASC-nin baş mühasibi Nigar Zülfüqarova dindirilib.

O, əmanətlərin qoyulması prosedurunu izah edib. Şahid ifadəsində söyləyib ki, əmanət kitabçaları qeydiyyata alınıb-saxlanılıb, hansı müştəri istəsə ona verilib: "Mən işlədiyim müddət ərzində audit yoxlaması olmuşdu və hər hansı qanunsuzluq aşkar edilməmişdi".

Zərərçəkmiş Sevda Xəlilova qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsi əmanətçilərin pulunun qaytarılmaması barədə qərar çıxarıb.

Daha sonra təqsirləndirilən F.Rəşadətli sərbəst ifadə verib. O deyib ki, 2011-ci ilin sonunda Tural Axundov filiala gələrək 150 min manat əmanət qoymaq istədiyini bildirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Prosesdə "DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldırıb. O, təqsirləndirilən F.Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə zərərçəkmişin vəsatətini təmin edib.

Son xəbərlər

Orphus sistemi