Abşeronda dəmir yolunu keçmək istəyən qadını qatar vuraraq bir neçə yerə bölüb - YENİLƏNİB

Abşeronda dəmir yolunu keçmək istəyən qadını qatar vuraraq bir neçə yerə bölüb - YENİLƏNİB Abşeron. 13 fevral. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində qatarın altında qalaraq ölən qadının şəxsiyyəti məlum olub.
Hadisə
13 Fevral , 2019 16:26
Abşeronda dəmir yolunu keçmək istəyən qadını qatar vuraraq bir neçə yerə bölüb - YENİLƏNİB

Abşeron. 13 fevral. REPORT.AZ/  Abşeron rayonunun Xırdalan şəhərində qatarın altında qalaraq ölən qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Elmira Əliəhməd qızı Cəbiyeva qatarın altında qalaraq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 14:23

Abşeron. 13 fevral. REPORT.AZ/ Abşeron rayonunda qatar dəmir yolunu keçən qadını vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, səhər saatlarında dəmir yolunun Xırdalan şəhərindən keçən hissəsində bir qadının qatarın altında qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Əraziyə baxış keçirilib. Məlum olub ki, bir qadın dəmir yolunu qaçaraq keçmək istəyən zaman qatarın altında qalıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı qadının bədəni bir neçə hissəyə bölünüb.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi