Dələduzluqda təqsirləndirilən qadın 9 il müddətində azadlıqdan məhrum edilib

Dələduzluqda təqsirləndirilən qadın 9 il müddətində azadlıqdan məhrum edilib Roza Abbasova 15 nəfərdən pul alaraq qaytarmayıb
Hadisə
11 Fevral , 2016 12:58
Dələduzluqda təqsirləndirilən qadın 9 il müddətində azadlıqdan məhrum edilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Abbasova "Sədərək Ticarət Mərkəzi"ndə ticarətlə məşğul olub. O, birlikdə işlədiyi tanışlarının etibarından sui-istifadə edərək 143 min manat pul alıb. R.Abbasova vəd edib ki, Türkiyəyə gedərək onlara satmaq üçün mal gətirəcək. Amma mal gətirməyib və tanışlarından aldığı pulu qaytarmayıb. İş üzrə 15 nəfər zərərçəkən kimi tanınıb. 

O, Cinayət Məcəlləsinin 178.3.2- ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittham olunub.

Son xəbərlər

Orphus sistemi