Dələduzluq edən falçı qadın məhkəmə zalında həbs edilib
Hadisə
- 20 fevral, 2017
- 07:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report“un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, E.Muradova Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinib. O, paytaxt sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirib.
E.Muradova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ittiham olunub.
Son xəbərlər
07:10
Ohayo ştatında baş verən atışmada üç nəfər ölüb - Yenilənib
Digər ölkələr
06:36
"Bild": Almaniya Rusiyanı təxribata çəkməmək üçün tankların Polşa ərazisindən keçirilməsindən imtina edib
Digər ölkələr
06:08
İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib, onlardan üçü ölüb
Region
05:53
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Digər ölkələr
05:28
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Doris Miller" aviadaşıyıcısı Trampın şərəfinə yenidən adlandırılmayacaq
Digər ölkələr
04:36
Litva Rusiyanın Kalininqrad vilayətindəki dron insidentinə aidiyyəti olduğunu rədd edib
Digər ölkələr
04:05
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
Digər ölkələr
03:37
Foto
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
Region
03:11
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Digər ölkələr