Gəncə-Daşkəsən yolunda yük maşını dərəyə yuvarlanıb, sürücü xəsarət alıb

Gəncə-Daşkəsən yolunda yük maşını dərəyə yuvarlanıb, sürücü xəsarət alıb Hadisə nəticəsində sürücü xəsarət alıb
Hadisə
9 Avqust , 2017 22:05
Gəncə-Daşkəsən yolunda yük maşını dərəyə yuvarlanıb, sürücü xəsarət alıb

Daşkəsən. 9 avqust. REPORT.AZ/ Daşkəsəndə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gəncə-Daşkəsən yolunun Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, "Qazel" markalı yük maşını idarəetmədən çıxaraq dərəyə yuvarlanıb və çaya düşüb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi