Daşkəsəndə yük avtomobili dərəyə aşıb, ölən var

Daşkəsəndə yük avtomobili dərəyə aşıb, ölən var Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 noyabr 2021 02:56
Daşkəsəndə yük avtomobili dərəyə aşıb, ölən var

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çaykənd kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, “Mack” markalı yük maşını idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, 1970-ci il təvəllüdlü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi