Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb - YENİLƏNİB

Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Avqust , 2017 17:37
Daşkəsəndə sərxoş kişi çaya düşərək ölüb - YENİLƏNİB

Daşkəsən. 18 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda sərxoş halda qayadan yıxılıb çaya düşən və orada ölən şəxsin adı məlum olub.

"Report"un məlumatına görə, bu Vahabov Mustafa Həsən oğludur.

Belə ki, M.Vahabov istirahət edən zaman spirtli içki qəbul edib və sərxoş vəziyyətdə qayadan ayağı sürüşərək çaya düşüb.

Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazidə baxış keçirib.


***17:26

Daşkəsən. 18 avqust. REPORT.AZ/ Daşkəsən rayonunda sərxoş kişi qaydan yıxalaraq çaya düşüb. 

"Report"un Qərb bürosunun Kəmərqaya kəndi ərazisində baş verib.

Belə ki, istirahət etməyə gələn şəxs yeyib-içdikdən sonra sərxoş olub. Hələlik adı məlum olmayan şəxs qayadan yıxılıb və çaya düşərək ölüb. 

Onun meyiti bu gün çaydan taplıb və çıxarılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi