Yuxarı

​Daşkəsəndə qonşular dalaşıb: bir yaralı

Əkbər Bayramov ağır bədən xəsarətləri alıb

Bakı. 27 avqust. REPORT.AZ/ Daskəsən rayonunda su üstündə dava baş verib. Bu barədə “Report”a Daşkəsən rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə nəticəsində bir nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, rayon sakini Əkbər Bayramov əkin sahəsini suvaran zaman qonşusu bel ilə onun başına zərbə endirib.

Başından ağır zərbə alan yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinin (TTYX) Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda şöbədə müalicəsini davam etdirən xəstənin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi