Daşkəsəndə keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 16 noyabr, 2017
  • 08:54
Daşkəsəndə keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb

Daşkəsən. 16 noyabr. REPORT.AZ/ Daşkəsən rayonunda keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini Nürəddin Məmmədov ağır kəllə-beyin travması alıb. Huşunu itirən şəxs yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Onun hazırda komada olduğu bildirilir.

Məlumata görə, N.Məmmədov əvvəllər Daşkəsən rayon Maliyyə İdarəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.