Daşkəsəndə ikinci sinif şagirdi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Daşkəsəndə ikinci sinif şagirdi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb Daşkəsən. 19 fevral. REPORT.AZ/ Daşkəsən rayonunda məktəbli ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Hadisə
19 Fevral , 2018 11:20
Daşkəsəndə ikinci sinif şagirdi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Daşkəsən. 19 fevral. REPORT.AZ/ Daşkəsən rayonunda məktəbli ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib.

Orta məktəbin ikinci sinif şagirdi olan uşaq yaşadığı evdə içərisi qaynar su ilə dolu qabı ehtiyatsızlıqdan üzərinə aşırıb. Nəticədə üz və bədəninin digər nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən Gəncədəki xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi