Daşkəsəndə bir ilin gəlini intihar edib - YENİLƏNİB

Daşkəsəndə bir ilin gəlini intihar edib - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
20 Sentyabr , 2017 20:29
Daşkəsəndə bir ilin gəlini intihar edib - YENİLƏNİB

Daşkəsən. 20 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda intihar edən bir ilin gəlininin kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bu, rayon sakini 1978-ci il təvəllüdlü Rəmziyyə Rafiq qızı İmanova olub.

Faktla bağlı araşdırmalara başlanılıb.


***20:07

Daşkəsən. 20 sentyabr. REPORT.AZ/ Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yolqular kəndində qeydə alınıb.

Belə ki, bir il əvvəl Yuxarı Daşkəsən qəsəbəsindən Yolqular kəndinə gəlin köçmüş, təxminən, 25-30 yaş arasında olan qadın yaşadığı evdə özünü asaraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi