Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb

Hadisə
  • 17 may, 2023
  • 05:04
Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Həsənov Səməd Kamandar oğlu meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.