Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsəndə 72 yaşlı kişi güllələnib Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.
Hadisə
31 Avqust , 2021 21:29
Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi