Daşkəsəndə 44 yaşlı kişini tanışları küt alətlə döyüb
Hadisə
- 04 dekabr, 2019
- 22:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsən rayonunda yerli sakin küt alətlə döyülüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Xanoğlan Salmanov tanıdığı şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.
Özünün bildirdiyinə görə, gecə vaxtı kənd ərazisində küçədə gedərkən itlər ona hücum çəkib. Bu zaman itlərdən qorumaq məqsədilə həmkəndlisinin həyətinə girib.
Amma evdə olan şəxslər onu oğru hesab etdikləri üçün döyərək xəsarət yetiriblər. Əraziyə polis əməkdaşları çağrılıb.
Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Son xəbərlər
16:23
"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb
Futbol
16:21
Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Analitika
16:20
"Qarabağ" 6 000 manat cərimələnib
Futbol
16:20
"Maliyyə Nazirliyi haqqında Əsasnamə" dəyişib
Digər
16:18
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib
Digər
16:15
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:14
Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
Fərdi
16:13
Sənan Vəlizadə: "Kiberhücumlara qarşı sektorlararası məlumat mübadiləsi vacibdir"
İKT
16:12
Abid Ələsgərzadə: "Kibertəhlükəsizlik insidentləri barədə məlumatlar AMB-yə vaxtında verilməlidir"
İKT