Daşkəsəndə 43 yaşlı qadın əri tərəfindən döyülüb

Hadisə
  • 25 oktyabr, 2018
  • 17:05
Daşkəsəndə 43 yaşlı qadın əri tərəfindən döyülüb

Daşkəsən. 25 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Astaf kənd sakini, 43 yaşlı R.O-ova hələ ki, məlum olmayan səbəblərdən əri tərəfindən döyülüb. 

Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.