Daşkəsən sakini müəmmalı şəkildə ağır xəsarət alıb

Daşkəsən sakini müəmmalı şəkildə ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Yanvar , 2018 18:06
Daşkəsən sakini müəmmalı şəkildə ağır xəsarət alıb

Daşkəsən. 24 yanvar. REPORT.AZ/ Daşkəsən sakini müəmmalı şəkildə ağır xəsarət alıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü rayon sakini Habil Kamil oğlu Abbasov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Yaralı yıxılaraq xəsarət aldığını desə də, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları onun bıçaqlanaraq xəsarət alıb-almadığı faktını araşdırır.

Son xəbərlər

Orphus sistemi