Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
Hadisə
2 Yanvar , 2021 13:42
Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi