Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
Hadisə
- 27 aprel, 2017
- 07:46
Daşkəsən. 27 aprel. REPORT.AZ/ Daşkəsən rayonunda polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.
Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobilinə baxış keçirilən zaman oradan bir tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.
Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətdən nümünə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Polis tərəfindən dindirilən N.Əliyev ifadəsində əti rayonun Quşçu kəndində fəaliyyət göstərən ət-kəsim emalı fabrikinə apardığını bildirib.
Faktla bağlı Daşkəsən RPŞ-da araşdırma aparılır.
Son xəbərlər
10:00
SEPAH Hörmüz boğazında ABŞ-yə aid katerə hücum edib
Region09:48
Kaliforniyada təyyarə qəzasında iki uşaq həlak olub
Digər ölkələr09:41
Dünya Qadın Seriyası: "Neftçi" 1/4 finalda Monqolustan təmsilçisi ilə qarşılaşacaq
Komanda09:26
İsrail Livanın cənubundakı "Hizbullah" hədəflərinə yeni zərbələr endirib
Digər ölkələr09:01
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Futbol08:50
Yaponiyada şirniyyat mağazasında bıçaqlanma və yanğın nəticəsində üç nəfər ölüb
Digər ölkələr08:25
İndoneziyada vulkana görə hava limanı işini dayandırıb
Digər ölkələr08:09
Arbeloa "Fulhem"i APL-də məğlubiyyətlər seriyasından çıxara bilməyib
Futbol07:48