Bloger-jurnalist İlhami Nəsibov həbs edilib
Hadisə
- 17 avqust, 2025
- 16:19
Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.
"Report"un əldə etdiyi məlumata görə, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Son xəbərlər
12:43
Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş olacaq
Xarici siyasət12:43
Azərbaycan Özbəkistanın məsafədən audit təcrübəsini öyrənir
Maliyyə12:41
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Media12:37
Çinin baş prokuroru Azərbaycanın "Prokurorluğun yaradılmasının 100 illiyi" medalı ilə təltif edilib
Xarici siyasət12:33
Foto
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb - YENİLƏNİB
Xarici siyasət12:27
Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib
Hadisə12:24
Sentyabrın ilk gününün havası açıqlanıb
Ekologiya12:15
Sabahdan 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
İnfrastruktur12:14