Culfa sakinindən Beynəlxalq Hava Limanında narkotik maddə aşkarlanıb

Hadisə
  • 01 fevral, 2019
  • 06:26
Culfa sakinindən Beynəlxalq Hava Limanında narkotik maddə  aşkarlanıb
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Culfa rayon sakinindən Beynəlxalq Hava Limanında narkotik maddə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumtda bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.