Çingiz Əsgərova yeni vəzifə verildi

Çingiz Əsgərova yeni vəzifə verildi ​​​​​​​Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.
Hadisə
1447
16 Sentyabr , 2020 10:48
Çingiz Əsgərova yeni vəzifə verildi
Çingiz Əsgərov

Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

“Report” xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev əmr imzalayıb.

İşçi qrupun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

İşçi qrupunun yaradılmasında məqsəd Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsidir.

Orphus sistemi