Cəlilabadda zəncirvari yol qəzası baş verib, xəsarət alan var

Cəlilabadda zəncirvari yol qəzası baş verib, xəsarət alan var Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.
Hadisə
7 Oktyabr , 2019 20:40
Cəlilabadda zəncirvari yol qəzası baş verib, xəsarət alan var

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük maşını, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayon sakini, 1956-cı il təvəllüdlü Abbasov Əlövsət Məhərrəm oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi