Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.
Hadisə
1 Sentyabr , 2018 10:53
Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB

Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Qeyd edək ki, onlar gecə saatlarında "VAZ 2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb.

***09:02

Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən sürcü idarəetməni itirib və avtomobil yolun kənarındakı manəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.


*** 08:21

Cəlilabad. 1 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. 

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə zamanı ölən şəxslərin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi