Cəlilabadda yol qəzasında azyaşlı xəsarət alıb

Hadisə
  • 08 iyul, 2018
  • 13:23
Cəlilabadda yol qəzasında azyaşlı xəsarət alıb
Foto: "Report"

Cəlilabad. 8 iyul. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü rayon sakini M.F. xəstəxanaya gətirilib. Uşağa ilkin tibbi yardım göstərilib.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum olmasa da, oğlanın avtoqəza nəticəsində xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi