Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda yol qəzası olub, xəsarət alan var Yaralı xəstəxanaya çatdırılıb
Hadisə
5 Fevral , 2019 17:33
Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad. 5 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 1967-ci il təvəllüdlü Natiq Möhübbət oğlu Ağayev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi