Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 08 oktyabr, 2023
  • 17:47
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "VAZ- 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərin sürücüləri - Aqil Əhmədov, Nizami Səfərov, habelə "Mercedes"in sərnişini, 1982-ci il təvəllüdlü Yeganə Quliyeva xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.