Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
4 İyul , 2019 18:12
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbərverir ki, hadisə zamanı 4 nəfə ağır bədən xə\sarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralılar:

1984-cü il təvəllüdlü İsmayılov Şükür Əlgüşad oğlu, 

1993-cü il təvəllüdlü Qubadlı Pərviz Sakit oğlu,

1962-ci il təvəllüdlü Kərimov İlyas Hüseyn oğlu,

1977-ci il təvəllüdlü Abıyeva Gülnaz İsrafil qızı. 

Faktla bağlı araşdırma aparılır.


*** 17:36

Cəlilabad rayonunda avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi