Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə
18 Oktyabr , 2022 16:42
Cəlilabadda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Salayev Murad Fazil oğlu hadisə yerində ölüb.

Hadisə zamanı xəsarət alan Salayev Rəhman Şamil oğlu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, Əzimov Cavidan Həbib oğlu və Salahzadə Həsən Yalçın oğlu isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

15.58

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.

Yaralılardan biri Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi