Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı beş nəfərə çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan daha bir nəfər - rayon sakini, 1976-cı il təvəllüdlü Yasər Məmmədov rayon xəstəxanasına müraciət edib.
Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
“Report”un Muğan bürosu xəbər verir ki, yaralıların hamısı rayon sakinləridir.
İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyev xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.