Cəlilabadda baş verən yol qəzasında 2 qadın xəsarət alıb

Hadisə
  • 29 iyun, 2019
  • 15:21
Cəlilabadda baş verən yol qəzasında 2 qadın xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhəri sakinləri - 1983-cü il təvəllüdlü Həsənova Şəlalə Vəli qızı və 1983-cü il təvəllüdlü Kərimova Sevanə Baləhməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.