Cəlilabadda yol qəzası baş verib, ölən və yaralanan var - ƏLAVƏ OLUNUB

Cəlilabadda yol qəzası baş verib, ölən və yaralanan var - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Yanvar , 2017 20:04
Cəlilabadda yol qəzası baş verib, ölən və yaralanan var - ƏLAVƏ OLUNUB

Cəlilabad. 19 yanvar. REPORT. AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü, əslən Zəngilan rayonundan olan, ancaq hazırda Bakıda yaşayan Musa Bayramov yaralanıb, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həcər Xurşud qızı Bayramova isə aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi