Cəlilabadda yem anbarında güclü yanğın baş verib
Hadisə
- 09 may, 2026
- 21:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda güclü yanğın olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xanılı kəndində Qadir Mirzəyevə məxsus yem anbarında qeydə alınıb.
Belə ki, ümumi sahəsi 456 kv.m olan anbarda qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində təxminən 30 ton ot bağlamasının 20 tonu yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:37
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər
Xarici siyasət
17:27
Foto
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
Daxili siyasət
17:24
Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub
Komanda
17:14
Foto
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Xarici siyasət
17:01
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Qarabağ
16:55
Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib
Futbol
16:52
Foto
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Daxili siyasət
16:50
Foto
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib
Sosial müdafiə
16:46
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Region