Yuxarı

Cəlilabadda yaşlı qadını maşın vuraraq öldürüb - YENİLƏNİB

​Cəlilabadda yaşlı qadını maşın vuraraq öldürüb

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qadın piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, həmin kəndin sakini, 1954-cü il təvəllüdlü Əhmədova Firuzə Müzəffər qızını "VAZ 21011" markalı minik avtomobili vurub. Qadın xəstəxanaya çatdırılsa da, onun artıq öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.


*** 19:23

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada yerindəcə ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi