Cəlilabadda yaşayış evi yanıb

Cəlilabadda yaşayış evi yanıb Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Hadisə
18 sentyabr 2020 14:12
Cəlilabadda yaşayış evi yanıb

Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi