Yuxarı

Cəlilabadda xəstəxanada körpə ölümü olub

​Cəlilabadda xəstəxanada körpə ölümü olub

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında körpə ölümü olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 

Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub.

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi