Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.
Nazirlikdən "Report"a verilən xəbərə görə, axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Report"a verilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri - Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, üç azyaşlı kənd ərazisində olan İncəçay su anbarında batıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən onların axtarışı aparılır.