Cəlilabadda traktor minik maşını ilə toqquşub - FOTO

Cəlilabadda traktor minik maşını ilə toqquşub - FOTO Bir nəfər yaralanıb
Hadisə
13 May , 2018 21:01
Cəlilabadda traktor minik maşını ilə toqquşub - FOTO
Report

Cəlilabad. 13 may. REPORT.AZ/ Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, yük daşıyan qoşqulu traktor ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində minik maşınının 1964-cü il təvəllüdlü sürücüsü Cəfərov Təzəxanın ayağı qırılıb.

Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə avtomobildən çıxarılıb və ağır vəziyyətdə "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Qəza zamanı traktordakı yük yol kənarına dağılıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Son xəbərlər

Orphus sistemi