Cəlilabadda toyda kütləvi dava olub, iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Hadisə
  • 10 avqust, 2019
  • 20:55
Cəlilabadda toyda kütləvi dava olub, iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Cəlilabad rayonunda toyda baş verən kütləvi dava nəticəsində xəsarət alanların adları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar - 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


***00:18

Cəlilabad rayonunda toyda kütləvi dava baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində bir nəfər başından, daha bir nəfər isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.