Cəlilabadda zəhərlənən qohumlar evə buraxılıb - YENİLƏNİB

Cəlilabadda zəhərlənən qohumlar evə buraxılıb - YENİLƏNİB Cəlilabadda qohumlar qidadan zəhərlənib.
Hadisə
6 Fevral , 2023 13:00
Cəlilabadda zəhərlənən qohumlar evə buraxılıb - YENİLƏNİB

Cəlilabad rayonunda zəhərlənən 5 nəfər evə buraxılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yaxın qohum olan 5 nəfər Cəlilabad şəhər sakinləri rayon mərkəzi xəstəxanasına aparılıb. Lazımi tibbi yardımlardan sonra, onlar ambulator müalicə üçün evə buraxılıblar.

İlkin məlumatda onların qəbul etdikləri qidadan zəhərləndikləri bildirilsədə, bu təsdiqi tapmayıb. Onların dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

09:42

Cəlilabadda qohumlar qidadan zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakinləri - 1988-ci il təvəllüdlü Abbasova Almaz Əliqəmbər qızı, 1993-cü il təvəllüdlü Həşimova Zəhra Əliqəmbər qızı, 2010-cu il təvəllüdlü A.Abbaslı, 2012-ci il təvəllüdlü V.Abbaslı və 2013-cü il təvəllüdlü F.Həşimova zəhərlənib. Onlar zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıb.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Son xəbərlər

Orphus sistemi