Cəlilabadda qəza törədən azyaşlı sürücü hadisə yerindən qaçıb

Hadisə
  • 19 iyul, 2022
  • 21:11
Cəlilabadda qəza törədən azyaşlı sürücü hadisə yerindən qaçıb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında olan çuxura düşüb.

Məlumata görə, avtomobili azyaşlı sürücü idarə edib və o, qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.