Cəlilabadda piyadanı maşın vurub

Cəlilabadda piyadanı maşın vurub Cəlilabad. 21 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Avqust , 2018 23:05
Cəlilabadda piyadanı maşın vurub

Cəlilabad. 21 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Əzimov Mirzəbəy Ramal oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi