Cəlilabadda minik avtomobilləri toqquşub, xəsarət alan var

Cəlilabadda minik avtomobilləri toqquşub, xəsarət alan var Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
31 Yanvar , 2020 22:16
Cəlilabadda minik avtomobilləri toqquşub, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi