Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub

Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub Cəlilabad. 12 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda mikroavtobus minik avtomobili ilə toqquşub.
Hadisə
12 Dekabr , 2018 14:00
Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub
0 : 00
0 : 00

Cəlilabad. 12 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda mikroavtobus minik avtomobili ilə toqquşub.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı 14-BA-396 dövlət nömrə nişanlı minik avtomobili "Ford" markalı 15-BS-979 dövlət nömrə nişanlı marşrut mikroavtobusuna çırpılıb. Mikroavtobus maneəyə dəyərək dayanıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi