Cəlilabadda məktəbli uşaqlar itkin düşüb - FOTO

Cəlilabadda məktəbli uşaqlar itkin düşüb - FOTO Polis məktəblilərin axtarışlarına başlayıb
Hadisə
22 Dekabr , 2017 10:56
Cəlilabadda məktəbli uşaqlar itkin düşüb - FOTO

Cəlilabad. 22 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 7-ci sinif şagirdləri itkin düşüb. 

“Report”un Aran bürosu xəbər verir ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.

Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləri olub.

İsmayıl Mətləb oğlu Əmənov

Son xəbərlər

Orphus sistemi