Cəlilabadda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib

Cəlilabadda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
7 Aprel , 2017 11:35
Cəlilabadda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib

Bakı. 7 aprel. REPORT.AZ/ Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.

"Report"un məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi